Fransa klubu yeni baş məşqçisini açıqladı
- 14:20
- 37
Fransanın "Tuluza" klubu yeni baş məşqçi təyinatını açıqlayıb.
Rekord.az xəbər verir ki, komandanı Jens Bertel Askou çalışdıracaq.
Danimarkalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
43 yaşlı Askou buna qədər ölkəsində "Motervell", "Horsens" İsveçdə "Göteborq", Farer adalarında "Torşavn" klublarının baş məşqçisi olub.