"Barselona" baş məşqçisi Hans-Diter Flikin müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


61 yaşlı almaniyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.


Xatırladaq ki, Hans-Diter Flik 2024-cü ildən "Barselona"da işləyir. O, komanda ilə iki dəfə La Liqanın, bir dəfə ölkə kubokunun, iki dəfə Super Kubokun qalibi olub.