
Flik “Real”la matçda komandasına kömək edə bilməyəcək
- 18:00
- 43
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona" klubunun baş məşqçi Hans-Diter Flikin qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini qəbul etməyib.
Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis La Liqanın 10-cu turunda qarşılaşacaqları "Real"la (Madrid) matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, 60 yaşlı baş məşqçi ötən tur "Jirona" ilə keçirilən oyunun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Xarici KİV-də yer alan məlumata görə, "Barselona" RFEF-in qərarından Apellyasiya Komitəsinə müraciət etməyi planlaşdırır.