Finlandiya "Sabah"ı yağışla qarşılayıb: "50-ə yaxın azarkeşimizin olacağı gözlənilir"
- 11:00
- 35
Azərbaycan çempionu "Sabah" bu gün Çempionlar Liqasının II töəsnifat mərhələsi çərçivəsində Finlandiyada KuPS-la üz-üzə gələcək.
Rekord.az xəbər verir ki, komandamız artıq iki gündür ki, bu ölkədədir.
Oyuna nə dərəcədə hazırıq, son durum necədi, "Sabah" bu gün nə qədər azarkeşimiz dəstəkləyəcək? Suallarımıza klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavab verdi: "Finalndiyada Kobe şəhərində məskunlaşmışıq, dünənki məşqimizi yağış altında keçdik. Heyətimizdə zədəli futbolçu yoxdur. Ümumilikdə oyuna nə qədər bilet satıldığını bilmirəm. Amma bizi 50-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu işdə "Finlandiya-Azərbaycan evi" fəallıq göstərir. Ola bilsin say daha da çox olsun. Bunu oyun saatına yaxın biləcəyik".