“Finlandiya çempionatı ilə müqayisədə Azərbaycan birinciliyinin səviyyəsi daha yüksəkdir”
- 15:40
- 33
“Sumqayıt Cənubi Sudana çox bənzəyir”.
Rekord.az xəbər verir ki, bu barədə "Sumqayıt"ın basketbolçusu Cey Cey Kolakon klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Bakının çox gözəl şəhər olduğunu söyləyib:
"Memarlıq üslubuna söz ola bilməz. Mən bu şəhəri tam gəzmişəm. Sumqayıta gəlincə... Mən Cənubi Sudandanam, köküm Misirə də gedib çıxır. Sumqayıt həmin yerlərə çox bənzəyir. Mentalitet, insanların həyat tərzi çox oxşardır. Ona görə də burada özümü rahat hiss edirəm".
Basketbolçu Azərbaycan çempionatının və komandasının səviyyəsi haqqında da danışıb:
"Azərbaycan Basketbol Liqasının səviyyəsi çox yüksəkdir. ABŞ-də oynadığım kollec liqasının səviyyəsindən heç də geri deyil və bu da xoşuma gəlir. Komandamıza gəlincə, hər bir oyunçumuz məsuliyyəti özünə götürüb matçın müqəddəratını həll edə bilər".
Daha əvvəl Finlandiyada legioner həyatı yaşayan oyunçu Azərbaycan çempionatını həmin ölkədənin birinciliyi ilə müqayisə edib:
"Finlandiya çempionatı ilə müqayisədə Azərbaycan birinciliyinin səviyyəsi daha yüksəkdir. Burada komandalar oyunlarını daha çox forvard və mərkəz oyunçuları üzərində qururlar. Finlandiyada isə oyunqurucuları və müdafiəçilər ön plana çıxır".