13 may tarixində "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək Bizon Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib.


Rekord.az xəbər verir ki, mətbuat konfransları 12 may tarixində “Palms Sports Arena”nın mətbuat konfransı otağında baş tutacaq.


Nominal meydan sahibi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı saat 16:30-da, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı isə saat 18:30-da başlayacaq. 


Oyunöncəsi mətbuat konfransları “CBC Sport” telekanalı və Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalı vasitəsilə canlı yayımlanacaq.


Qeyd edək ki, “Sabah” futbol klubunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq oyunöncəsi məşqi “Palms Sports Arena”da 12 may saat 17:00-18:00 arasında baş tutacaq. Eyni stadionda “Zirə” klubunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi 11 may saat 17:45-18:45 arası keçiriləcək.