FIFA “Keşlə”nin paraqvaylı futbolçusu Sezar Meza Kollinin milliləşdirilməsinə icazə verməyib.

 

Rekord.az xəbər verir ki, buna futbolçunun ardıcıl olaraq 5 il Azərbaycanda yaşamaması səbəb göstərilib.

 

Düzdü, Meza Kolli ölkəmizdə daha uzun müddət yaşayıb. Lakin Azərbaycana gəldiyi gündən bir neçə klubumuzda oynasa da, zaman-zaman fərqli ölkələrə yollanıb, Rumıniyada legioner həyatı yaşayıb. Bu da qanunla onun milliləşdirilməsinə icazə verilməməsini labüd edir. (futbolinfo.az)