Niderlandın “Feyenoord” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, iki futbolçunun koronavirus testinin müsbət nəticələndiyi bildirilib.

Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıb.