"Fənərbağça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
- 16:40
- 33
“Fənərbağça”nın kapitanı Mert Hakan Yandaş cəzalandırılıb.
Rekord.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) qanunsuz mərc oyunlarında iştirak etməsi səbəbindən 31 yaşlı yarımmüdafiəçini bir il müddətinə diskvalifikasiya edib.
Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Hakan Yandaş bir müddət əvvəl sözügedən məsələyə görə həbs olunmuş, daha sonra azadlığa buraxılmışdı.