Argentina Futbol Assosiasiyası dünən vəfat edən Dieqo Maradonanın adını əbədiləşdirib.

Rekord.az xəbər verir ki, bundan sonra Argentina Liqa kubokunun adı Dieqo Armando Maradona kuboku adlanacaq.

Bu barədə yerli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Argentina və dünya futbolunun əfsanəsi Maradona dünən ürəktutmasından vəfat edib.