Fariz Nəcəfov baş məşqçi və futbolçuları danlayıb?
- 13:00
- 44
Bu yaxınlarda mətbutda "Qəbələ"nin prezidenti Fariz Nəcəfovla bağlı bir xəbər getdi.
Rekord.az xəbər verir ki, xəbərdə Nəcəfovun klubdaxili iclas keçirdiyi və bu iclasda baş məşqçi Kaxaber Sxadadze ilə futbolçuları bərl tənbeh etdiyi yazılıb.
Biz də məsələyə aydınlıq gətirmək üçün "Qəbələ"nin mətbuat katibi Elnur Məmmədovla əlaqə saxladıq. Məmmədov yayılan xəbərə belə münasibəy bildirdi: "Təzəlikcə Fariz müəllimin futbolçularla görüşü olmayıb. Son dəfə evdə "Karvan", yoxsa "Neftçi" ilə oyundan qabaq görüş olmuşdu. Ondan sonra heç bir görüş olmayıb".