Ermənistan idmançıları MDB ölkələrinin Oyunlarında iştirak etməyəcək.

Rekord.az xəbər verir ki, bu, iştirakçıların bədən tərbiyəsi və idman üzrə rəhbər dövlət orqanlarının I MDB Oyunlarına hazırlıq və keçirilməsi ilə bağlı görüşündə açıqlanıb.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan yarışa qatılmamanın səbəbini koronavirus pandemiyası ilə izah edib:

“Təəssüf ki, yaranmış vəziyyətlə bağlı ölkəmiz MDB ölkələrinin Oyunlarında iştirak edə bilməyəcək”.

Azərbaycan idmançılarının da qatılması gözlənilən ilk Oyunlar sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçiriləcək.