“Bavariya” UEFA Super Kuboku çərçivəsində “Sevilya”ya 2:1 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu qələbə münhenlilərin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Super Kuboku başı üzərinə qaldıran Müller, Almaniya futbol tarixində ən çox titul qazanan iki futbolçudan biri olub. Karyerası ərzində 26 kubok qazanan 31 yaşlı futbolçu, bu göstəricidə keçmiş komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Hər iki oyunçu ən çox titul qazanan almaniyalı futbolçu ünvanına sahibdir.

“Bavariya” bir neçə gün sonra “Borussiya” (Dortmund) ilə keçiriləcək Almaniya Super Kuboku uğrunda oyundan da qalib ayrılsa, Müller bu göstəricidə rekordçu olacaq.