Yayda PSJ-dən “Mançester Siti”yə keçən italiyalı qapıçı Canluici Donnarummanın bazar dəyəri “transfermarkt” portalında 45 milyon avro olaraq qiymətləndirilir.


Rekord.az xəbər verir ki, yeni qiymətləndirməyə görə, ən bahalı qapıçılar siyahısında 30 milyon avrodan yuxarı qiymətə malik oyunçular belədir:


Canluici Donnarumma, “Mançester Siti” – 45 milyon avro


Dioqo Koşta, “Portu” – 40 milyon avro


Qreqor Kobel, Dortmund “Borussiya”sı – 40 milyon avro


Bart Verburgen, “Brayton” – 35 milyon avro


Luka Şevalye, PSJ – 35 milyon avro


Mile Svilar, “Roma” – 35 milyon avro


David Raya, “Arsenal” – 35 milyon avro


Xuan Qarsiya, “Barselona” – 30 milyon avro


Qulyelmo Vikario, “Tottenhem” – 30 milyon avro