
Emin Mahmudov "Şaxtyor"un maraq dairəsinə düşüb! - ÖZƏL!
- 10:00
- 101
Azərbaycan milli komandası və "Neftçi" yarımmüdafiəçisi Emin Mahmudov yenidən legioner həyatı yaşaya bilər.
"Rekord.az"-ın əldə etdiyi məlumata görə, buna səbəb futbolçunun Donetsk "Şaxtyor"unun maraq dairəsinə düşməsidir.
DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Ukraynanın qonağı olan yığmamızın Krakovdakı matçını adıçəkilən klubun baş məşqçisi Arda Turan və direktor Dario Srna da tribunadan izləyiblər. "Qarabağ"dan Toral Bayramovla maraqlandıqları bilinən "şaxtaçılar", Mahmudovun oyununu da bəyəniblər. Şəxsən Arda Turan onun haqqında yüksək fikirdə olub.
Maraqlıdır ki, bu mütəxəssis hələ "Eyupspor"da çalışarkən də Emini transfer etmək istəyib. Ukrayna matçında meydanda ən yaxşılardan olan futbolçumuzun bu performansı onu növbəti dəfə donetsklilərin transfer hədəfinə çevirib.