"Sumqayıt"ın futbolçusu Emil Mustafayev Rekord.az-a müsahibə verib:



- Emil, hazırlıq necə gedir?

- Hər şey yaxşıdı, hər şey plan üzrə gedir. Yeni baş məşqçimiz var, onun istədiklərini yerinə yetirməyə çalışırıq.

- Keçən mövsümün sonunda yenidən Ukraynaya qayıtdın və "Sumqayıt"a dönüşün çətin görünürdü. Amma yenidən burdasan...

- Bilirsiniz ki, mənim "Polisey"lə müqaviləm var idi, burada icarə əsasında çıxış edirdim. Buna görə də yenidən Ukraynaya qayıtmalı idim. Amma artıq burdayam və "Sumqayıt"la rəsmi müqavilə bağlamışam.

- "Sumqayıt"la rəsmi müqavilə bağladığına görə, deməli burda hər şey səni qane edir.

- Bəli, burda hər şey ürəyimcədir.

- Ötən mövsüm Saşa İliçlə işlədin. Bu mövsümdən isə yeni baş məşqçiniz Filipe Kandidodu. Bu iki məşqçi arasında hansısa fərq görürsən?

- Hər məşqçinin öz yanaşması var. Bu iki məşqçini müqayisə etmək istəməzdim. Mən futbolçuyam, hansı tapşırıq verilir, onu da icra edirəm.

- Yeni mövsümdə əsas hədəfiniz nə olacaq?

- Bacardığımız qədər yüksək hədəflər haqdqa düşünməli, bunun üçün mübarizə aparmalıylıq.


Anar XANLAROV