Azər Məmmədov "Kəpəz"in yeni baş məşqçisi təyin olunub.

Rekord.az xəbər verir ki, daha öncə Arif Əsədovla danışıq və anlaşma əldə olunsa da, sonradan təcrübəli mütəxəıssis "Kəpəz"də işləməkdən imtina etmişdi.

Bu yaxınlarda əldə etdiyimiz başqa bir məlumata görə isə sən demə daha əvvəl Elmar Baxşıyevlə də danışıq olub. Klub rəhbərliyi onunla işləməyin əleyhinə deyildi. Lakin deyilənə görə, bir qrup şəxs Gəncədən zəng edərək Baxşıyevi hədələyib. Yəni ona deyilib ki, Gəncəyə gəlməsin.