FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, E.Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.


İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.