Azərbaycan millisinin baş məşqçisi Di Byazi ölkəmizi tərk edib.

Rekord.az xəbər verir ki, italiyalının çempionatın qızğın vaxtı ölkəni tərk etməsi birmənalı qarşılana bilməz.

Di Byazi bununla rəhbərlik etdiyi milliyə qarşı hörmətsizlik etmiş oldu. Bu həm də AFFA-nın sözü ilə əməlinin düz gəlmədiyini göstərir. Çünki müqavilə bağlananda federasiya italiyalının Azərbaycanda yaşayacağını demişdi. Görünən budur ki, hər şey tam başqadır.

Qeyd edək ki, Di Byazi çempionatı izləməyi köməkçisi Arif Əsədova tapşırıb.