Derbinin biletləri satışa çıxır
- 06 Noy 2025 22:40
- 30
Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır.
Rekord.az xəbər verir ki, oyununun biletləri 7 noyabr, saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Azarkeşlər biletləri iTicket.az vasitəsilə onlayn əldə edə bilərlər. Oyun günü isə satış həm onlayn, həm də “Azersun Arena”nın kassasında həyata keçiriləcək.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.