İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransaya qalib gələcəyinə inanır.


Rekord.az xəbər verir ki, bunu ispanların baş məşqçisi Luis de la Fuente Belçikaya qarşı mundialın 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis millinin böyük uğra imza atdığını bildirib:


"Bu komandanın ən böyük üstünlüyü onun xarakteridir. Belə fədakar və daim inkişaf etməyə can atan milliyə rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Fransanı məğlub etmək gücündə olduğumuza inanırıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Qarşıda möhtəşəm bir qarşılaşma var. İki böyük komanda üz-üzə gələcək".


Qeyd edək ki, İspaniya Belçika seçməsinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.