AFFA-nın Azərbaycan millisinin yeni baş məşqçi Canni De Byazi ilə imzalayacağı müqavilənin müddəti bəlli olub. 

Rekord.az xəbər verir ki, bu barədə "Report"a AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov məlumat verib. O bildirib ki, italiyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanacaq. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdiriləcək (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə). Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunub.

Qeyd edək ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.