DÇ öncəsi millinin beş futbolçusuna viza şoku
- 20:20
- 36
ABŞ bu yay keçiriləcək dünya çempionatında iştirak edəcək İraq millisinin beş oyunçusuna viza verməkdən imtina edib.
Rekord.az xəbər verir ki, bunu İraq Futbol Federasiyasının üzvü Qalib əl-Zameli bildirib.
Yığma üzvlərindən İbrahim Bayeş, Mohanad Ali, Zaid Tahsin, Hayder Abdulkərim və Ali Al-Hamadiyə viza verilməyib. İmtinanın səbəbləri məlum deyil. İraq tərəfi vəziyyətin həlli yolunu tapmaq üçün FIFA ilə əlaqə saxlayıb.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.