Argentina və İspaniya millilərinin futbolçuları dünya çempionatının final matçının ilk hissəsində qapılara ümumilikdə cəmi üç zərbə endirərək turnirin final oyunları tarixində antirekord müəyyənləşdiriblər.


Rekord.az xəbər verir ki, buna qədər ən az zərbə qeydə alınan finallar 2014-cü ildə Argentina – Almaniya və 2022-ci ildə Argentina – Fransa qarşılaşmaları idi.


Həmin oyunların hər birində komandalar birlikdə qapılara altı zərbə vurmuşdular.


DÇ-2026-nın finalında İspaniya yığması əlavə vaxtda vurduğu yeganə qol sayəsində çempionluq sevinci yaşayıb.