DÇ-2026-nın final mərhələsinin püşkü atıldı
- 05 Dek 2025 23:22
- 29
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi ABŞ-nin paytaxtı Vaşinqton şəhərində baş tutub.
Belə ki, 12 qrupda yer alacaq komandalar bəlli olub.
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya)
B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels - Bosniya və Herseqovina)
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo)
E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya)
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası)
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.