"Mamelodi Sandauns" və Cənubi Afrika Respublikası (CAR) millisinin yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.


Rekord.az xəbər verir ki, bu barədə "Soccer Laduma" portalı məlumat yayıb.


Futbolçunun ölüm səbəbləri açıqlanmayıb.


Adams hazırda davam edən DÇ-2026-da CAR millisinin heyətində çıxış edib. O, qrup mərhələsində hər üç oyunun iştirakçısı olub, 1/16 finalda Kanadaya qarşı matçda (0:1) isə meydana çıxmayıb.


Adams millinin heyətində ümumilikdə 9 görüş keçirib və 1 qol vurub.