Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "İmişli"nin qonağı olan "Sabah" 2:1 heaabı ilə qalib gələrək 1/4 finala adlayıb. 


Rekord.az xəbər verir ki, bakılıların baş məşqçisi Valdas Dambrauskas oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:


"Eyni rəqibə qarşı ardıcıl oyun keçirmək yaxşı deyil. Bu, nə bizim, nə də rəqibin ən yaxşı oyunu idi. "İmişli"ni qapımıza yaxın buraxmamağa çalışdıq. Onların ikinci hissədə hücuma daha çox atılacağını və müdafiələrinin arxasına ötürmələr edək. Belə imkanlar oldu, ancaq bəzilərini boşa verdik. Sona yaxın əsəbilik, gərginlik hiss olunurdu. Uşaqlardan razlyam ki, qələbə topunu vura bildilər. Penalti epizodunu şərh etmək istəmirəm, amma daxildən alışıb-yanıram. Siz orada penalti gördünüz? Topun ələ dəyməsi ilə bağlı fərqli qərarlar verəcəyik. Eybi yox, öz işimizə köklənəcəyik. Bizi qarşıda "Neftçi" ilə çox vacib oyun gözləyir. Bir gün gec oynadığımız və səfərdən qayıdacağımız üçün ağır olacaq. Amma bu, mənim əlimdə deyil. Mənim işim istənilən şərtlər altında komandanı oyuna hazırlamaqdır".