"Dalğa Arena" da "Sabah"ın balansına keçir! - ÖZƏL!
- 11:00
- 26
Mərdəkandakı "Dalğa Arena"nın sahibi dəyişir. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, bu stadion "Sabah" Futbol Klubuna məxsus olacaq.
Klub ev oyunlarını Masazırdakı "Bank Respublika Arena"da keçirir, məşq bazası kimi isə Şüvəlandakı keçmiş "AZAL Arena"dan yararlanır. "Dalğa Arena" isə ehtiyat variant kimi alınır.
Məsələyə klubdan münasibət öyrəndik. "Sabah"ın mətbuat xidmətinin "Rekord.az"-a açıqlaması belə oldu: "Biz hazırda "Bank Respublika Arena"dan istifadə edirik. Gələcəkdə nəsə dəyişiklik olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".