
Daha bir klubun adı və loqosu dəyişdi
- 16:20
- 46
Azərbaycan 2-ci Liqa təmsilçisi “Şəki Siti” klubunun adı və loqosu dəyişib.
Rekord.az xəbər verir ki, klub bundan sonra “Şəki” adı altında çıxış edəcək.
Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
"Şəki" eyni zamanda mövsümə yeni loqo ilə başlayacaq.
Şəki təmsilçisi ötən mövsümü 21 xalla 10-cu pillədə başa vurub.
Daha öncə “Hypers Quba” da adını dəyişərək bundan sonra “Quba” adı altında çıxış edəcəyini açıqlamışdı.