“Daha artığını etmək məcburiyyətində idik” - Baxşıyev
- 19:40
- 28
"Araz-Naxçıvan"ın baş məşqçi Elmar Baxşıyev Misli Premyer Liqasının 14-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbə barədə bunları söyləyib:
“Ağır oyun alındı. Kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətində idik. Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm.
Oyun ərzində hər bir komandanın üstünlük qazanmaq şansı olar. Biz də kubok oyunundan sonra stress yaşamışdıq və həftə ərzində bir-birimizə yaxın, dəstək olmağa çalışdıq. Həmin stressi atdıqdan sonra bu gün meydanda işimiz alındı.
Felipenin zədəsi ciddi deyil. Fərdi məşq edir. Qarşıdakı oyunlarda komandanın yanında olacağına inanıram".