Sentyabrın 10-da Macarıstan paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.


Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu ilə (12 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq.


11-13 sentyabr aralığında keçiriləcək Macarıstan Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 19:00-da start götürəcək.


Qadınlar


-48 kq, 1/16 final

Könül Əliyeva – Mariya Sequnda (Anqola)


-52 kq, 1/16 final

Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya)


-70 kq, 1/16 final

Südabə Ağayeva – Tais Pina (Portuqaliya)


+78 kq, 1/16 final

Madina Kaisinova – Qabriyel Buvye (Belçika)


Kişilər


-60 kq, 1/32 final

Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan)

-60 kq, 1/16 final

Murad Muradlı – Vahe Ağasyan (Ermənistan)


-66 kq, 1/16 final

Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT)

Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə


-73 kq, 1/32 final

Kamran Süleymanov – Natan Kadinyan (Fransa)

Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa)


-81 kq, 1/32 final

Hidayət Heydərov – Benedek Tot (Macarıstan)

Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr)


-90 kq, 1/16 final

Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə


-100 kq, 1/16 final

Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə


+100 kq, 1/16 final

Camal Qamzatxanov – İqor Vraçar (Serbiya)

Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya)