“Çox önəmli qələbə qazandıq” – Dambrauskas
- 19:00
- 35
“Sabah” Misli Premyer Liqasının 15-ci turunda bu gün “Turan Tovuz”un qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, bu gün möhtəşəm çıxış etdik. Çox önəmli qələbə qazandıq. Rəqib yaxşı təşkil olunmuş komandadır. Qalib gəldiyimizə görə çox şadıq. Oyunçularım qələbəyə layiq idilər.
Bizim sadəcə bir arzumuz var. O da hər dəfə qarşıdakı oyuna hazırlaşımağımızdır. Dörd gün sonra bizi ağır oyun gözləyir. Elə bir komandaya qarşı oynayacağıq ki, ölkəmizi Avropada layiqincə təmsil edir. Tək istəyimiz Bakıya qayıqıb, bərpa olunub bu oyuna hazırlaşmaqdır.
Azərbaycanlı deyiləm, sizin ölkənizdə qonağam. Burada işləmək mənim üçün zövqdür. Azarkeşlər baxımından hər şey yaxşı idi. Amma meydança baxımından bunu deyə bilməyəcəm. Hər kəs istəyir ki, futbolçular inkişaf eləsin. Amma bu cür meydançalarda bu mümkün deyil”.