UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.


Rekord.az xəbər verir ki, portuqaliyalı referi Joao Pineyro “Bayern” – PSJ matçını idarə edəcək.


Qarşılaşma mayın 6-da baş tutacaq. İlk oyunda Paris klubu 5:4 hesablı qələbə qazanıb.


38 yaşlı hakim bu mövsüm “Bayern”in Çempionlar Liqasındakı iki oyununu da idarə edib. Hər iki görüşdə Münhen komandası qalib gəlib.


Yarımfinalın digər cavab matçı isə sabah keçiriləcək. İlk oyunda 1:1 hesabı qeydə alınan cavab qarşılaşmasında “Arsenal” “Atletiko” ilə üz-üzə gələcək. Bu matçı isə almaniyalı hakim Daniel Sibert idarə edəcək.