"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.


Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.


25 yaşlı qolkiperin Bakıda Niderlandın "Ayaks" komandasına qarşı oyundakı seyvi də "7-liy"ə düşüb.


Qeyd edək ki, "Qarabağ" "Ayaks"a 2:4 hesabı ilə uduzub.