
ÇL: “Qarabağ” rəqibi bəlli oldu
- 14:20
- 63
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibi dəqiqləşib.
Qurban Qurbanovun komandası 1-ci təsnifat mərhələsində qarşılaşacaq "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” ilk oyununu səfərdə, cavab matçını 1 həftə sonra səfərdə keçirəcək.
İkinci təsnifat mərhələsinin iyulun 22-23-də və 29-30-da olacaq.