PSJ-nin kapitanı Markinyos Çempionlar Liqasının tarixinə düşüb.


Rekord.az xəbər verir ki, "Bayern”lə yarımfinalın cavab matçda meydana çıxan müdafiəçi turnirdə ən çox oyun keçirən braziliyalı futbolçu olub.


Bu, 32 yaşlı futbolçunun ÇL-dəki 121-ci matçı olub.


Təcrübəli müdafiəçi ötən gecə keçirilən görüşdən sonra Roberto Karlosa məxsus rekordu qırıb. Keçmiş müdafiəçi Çempionlar Liqasında 120 oyun keçirib.