Çimərlik güləşçilərimiz Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar
- 18:40
- 32
Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində 2 beynəlxalq turnirdə iştirak edəcəklər.
Rekord.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sabah U-17 yaş qrupu üzrə Avropa çempionatı baş tutacaq.
Qitə birinciliyində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıquliyev, Ruslan Vəliyev (hər ikisi 80 kq), Möhlət Qasımov və Tural Eynullayev (90 kq) uğur qazanmağa çalışacaqlar.
Mayın 30-31-də isə böyüklər qum üzərinə çıxacaqlar. Dünya Seriyasının II mərhələsində baş məşqçi Oyan Nəzəriani və məşqçi kimi yarışda debüt edəcək İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq), Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaqlar.
Hər iki yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.