Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Skiriç ölkəmizdə səfərdədir. "Rekord.az" xəbər verir ki, o, bu gün gənclər və idman naziri Fərid Qayıbovun qəbulunda olub.

Görüşdə Azərbaycanda voleybolun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışlar, Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və CEV-in vitse-prezidenti Qay Juvet də iştirak ediblər.