Çempionlar Liqasının 1/4 finalında "Çelsi"ni səfərdə məğlub edən "Portu"nun hücumçusu Mehdi Taremi turnirin tarixinə düşüb.

Rekord.az xəbər verir ki, 90+4-cü dəqiqədə komandasının qələbə qolunu vuran 28 yaşlı forvard turnirin 1/4 finalında qol vuran ilk iranlı futbolçu olub.

Qələbəyə baxmayaraq, ilk oyunda uduzan (0:2) "Portu" mübarizəni dayandırıb.

"Portu" Taremini 2020-ci ilin yayında "Riu Ave"dən 4,73 milyon avroya transfer edib. İran millisinin üzvü bu mövsüm keçirdiyi 39 oyunda 17 qol vurub, 13 məhsuldar ötürmə edib.