Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə 10 vəsiqənin sahibi məlumdur
- 02:30
- 27
Çempionlar Liqasınınn 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutub.
“Sabah” TNS-i məğlub edərək növbəti raunda yüksəldiyi gündə Finlandiya çempionu KuPS də ilk raundda “Vardar”ı mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi növbəti mərhələdə məhz Finlandiya çempionu ilə qarşılaşacaq.
Gürcüstan təmsilçisi “İberiya” da “Flora”nı mübarizədən kənarlaşdırıb.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
14 iyul
KuPS (Finlandiya) - Vardar (Şimali Makedoniya) 2:3 (ilk oyun 2:0)
İberiya (Gürcüstan) - Flora (Estoniya) 2:2 (3:2)
İnter Eskaldes (Andorra) - Linkoln (Cəbəllüttariq) 1:1 (1:3)
Dyor ETO (Macarıstan) - Vikinqur (İslandiya) 2:2 (0:1)
Riqa (Latviya) - Ararat (Ermənistan) 3:2 (0:2)
Levski (Bolqarıstan) - Borats (Bosniya və Herseqovina) 4:0 (1:1)
TNS (Uels) - Sabah (Azərbaycan) 1:2 (0:2)
Drita (Kosovo) - Kauno Jalgiris (Litva) 2:3 (1:1)
Larne (Şimali İrlandiya) - Tre Fiori (San Marino) 2:1 (1:0)
Şemrok Rovers (İrlandiya) - Floriana (Malta) 5:1 (0:2)