Futbol üzrə Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, həlledici matçda Misirin “Əl Əhli” və “Zəmələk” komandaları qarşılaşıb.

Görüş “Əl Əhli”nin 2:1 hesablı qələbəsiylə başa çatıb.

“Əl Əhli” klub tarixində 9-cu dəfə Afrika Çempionlar Liqasını qazanıb.