
Çempionlar Liqasında yeni qol rekordu
- 14:30
- 50
2025/2026 UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində 21 və 22 oktyabr tarixlərində keçirilən 18 oyunda komandalar ümumilikdə 71 qol vurub.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici turnirin tarixində məhsuldarlıq baxımından rekord təşkil edir.
Əvvəlki rekord (18 matçda 67 qol) tarixdə iki dəfə qeydə alınıb: cari mövsümün Çempionlar Liqasının 1-ci turunda və ötən kampaniyanın əsas Avropa Kubokunda 5-ci turda.
Xatırladaq ki, 21 oktyabrda 3-cü turun ilk doqquz oyununda 43 qol vurulub. ÇL-in ikinci oyun günündə komandalar 28 dəfə fərqləniblər.
Qeyd edək ki, əsas Avropa Kubokunda bir turda 70-dən çox qol ilk dəfə vurulub.
Hazırda turnir cədvəlinə 9 xal toplayan "PSJ" başçılıq edir. İkinci yerdə eyni xala malik "Bavariya" qərarlaşıb. Üçüncü yerdən beşinci yerə qədər eyni xala malik "İnter", "Arsenal" və "Real" yerləşiblər.