2026/2027 mövsümü üçün UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanan 29 komandanın hamısı müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu, İtaliya A Seriyasında sonuncu - 38-ci turunun oyunlarından sonra dəqiqləşib.


"Roma" və "Komo" klubları Liqa mərhələsində iştirak hüququ əldə edib.


Xatırladaq ki, son 7 vəsiqənin sahibi avqustun sonunda bəlli olacaq.


İspaniya: "Barselona", "Real", "Vilyarreal", "Atletiko", "Betis".


Almaniya: "Bayern", "Borussiya" (Dortmund), "Leypsiq", "Ştutqart".


İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul".


Fransa: PSJ, "Lans", "Lill".


İtaliya: "İnter", "Napoli", "Roma", "Komo"


Portuqaliya: "Sportinq", "Portu"


Niderland: PSV, "Feyenoord"


Türkiyə: "Qalatasaray"


Ukrayna: "Şaxtyor"


Çexiya: "Slaviya"


Belçika: "Brügge"