UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, turun son oyun günündə daha 9 görüş baş tutacaq.


"Qarabağ"ın rəqiblərindən "Liverpul" evdə PSV, "Ayntraxt" isə "Atalanta" ilə üz-üzə gələcək. "Real" səfərdə"Olimpiakos"un qonağı olacaq. PSJ isə doğma meydanda "Tottenhem"lə qarşılaşcaq.


UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 5-ci tur

26 noyabr


21:45. Kopenhagen (Danimarka) - Kayrat (Qazaxıstan)

21:45. Pafos (Kipr) – Monako (Fransa)

00:00. PSJ (Fransa) - Tottenhem (İngiltərə)

00:00. Liverpul (İngiltərə) - PSV (Niderland)

00:00. Arsenal (İngiltərə) - Bayern (Almaniya)

00:00. Atletik (İspaniya) - İnter (İtaliya)

00:00. Ayntraxt (Frankfurt, Almaniya) - Atalanta (İtaliya)

00:00. Sportinq (Portuqaliya) - Brügge (Belçika)

00:00. Olimpiakos (Yunanıstan) - Real (İspaniya)