Bu gün futbol üzrı UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 14:00-da başlayıb.

1/4 final mərhələsindən oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq. 1/4 finalın oyunları 12-15 avqustda keçiriləcək.

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Yuventus” – “Lion” (ilk oyun 0:1), “Mançester Siti” – “Real Madrid” (2:1), “Bavariya” – “Çelsi” (3:0) və “Barselona” – “Napoli” (1:1) matçları keçiriləcək.

Çempionlar Liqası
1/4 final mərhələsi

Mançester Siti (İngiltərə)/Real (İspaniya) – Yuventus
Leyptsiq (Almaniya) – Atletiko (İspaniya)
Barselona (İspaniya)/Napoli (İtaliya) – Bavariya (Almaniya)/Çelsi (İngiltərə)
Atalanta (İtaliya) – PSJ (Fransa)

Yarımfinal mərhələsi

1 cütünün qalibi – 3 cütünün qalibi
2 cütünün qalibi – 4 cütünün qalibi