Çempion mükafatına qovuşdu
- 00:01
- 34
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2025/26 mövsümünün mükafatlandırma mərasimində turnirin qalibi “Xankəndi” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Rekord.az xəbər verir ki, Region Liqasının ardınca 2-ci Liqanın da çempionu olan komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər. Ardınca “Xankəndi” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Mərasimdə “Quba” komandasına bürünc, “Qaradağ Lökbatan” komandasına gümüş medallar təqdim edilib. Turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olunub. “Xankəndi”nin hücumçusu Bəhruz Teymurov 27 qolla mövsümün ən sərrast futbolçusu seçilib.