“Çelsi”dən İngiltərə komandaları arasında tarixin ən gənc ikinci heyəti
- 19:00
- 33
"Çelsi" UEFA Çempionlar Liqasının səfər matçlarında meydana ən gənc heyətlə çıxan ikinci İngiltərə komandası olub.
Rekord.az xəbər verir ki, London təmsilçisi bunu Bakıda "Qarabağ"a qarşı keçirdikləri əsas mərhələnin IV turunun oyununda gerçəkləşdirib.
Ötən gün baş tutan qarşılaşmada "zadəganlar"ın ilk "11-liy"inin yaş ortalaması (23 yaş 97 gün) tarixə düşüb.
Bu yalnız 2009-cu ildə Yunanıstanda "Olimpiakos"la qarşılaşan "Arsenal"dan geri qalıb. "Topçular"da həmin vaxt yaş ortalaması 21 yaş 215 gün olub.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" görüşü 2:2 hesabı ilə başa çatıb.