"Çelsi" müdafiəçisi Davide Zappakostanı İtaliyanın "Cenoa" klubuna icarəyə verib.

Rekord.az xəbər verir ki, italiyalı futbolçu ilə bir illik müqavilə imzalanıb.

"Çelsi" 28 yaşlı futbolçunu 2017-ci ildə "Torino"dan 28 milyon avroya transfer etmişdi. O, ötən mövsümü "Roma"da keçirib.