
“Çelsi” “Qarabağ”la oyundan əvvəl Çempionlar Liqasının tarixinə düşdü
- 13:00
- 50
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi İngiltərənin "Çelsi" klubu turnirin tarixinə düşüb.
Rekord.az xəbər verir ki, "zadəganlar" buna III turda Niderland təmsilçisi "Ayaks"ı məğlub etdikləri (5:1) matçda nail olub.
London komandasının üç gənc futbolçusu (U-20) sözügedən qarşılaşmada fərqlənib. 19 yaşlı Mark Qiu ilə Tayrik Corc və 18 yaşlı Estevao rəqib qapısına yol tapıblar.
"Çelsi" Çempionlar Liqası tarixində bir oyunda üç gənc oyunçusu fərqlənən ilk komandadır.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Bakıda keçiriləcək.