"Çelsi"nin hücumçusu Cessi Derri karyerasını Portuqaliyada davam etdirəcək.


Rekord.az klubun mətbust xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 2026/2027 mövsümünün sonuna qədər "Sportinq"ə icarəyə göndərilib.


Müqavilədə satınalma maddəsi nəzərdə tutulmayıb və futbolçu mövsümün sonunda London klubuna qayıdacaq.


Derri bu yay "Çelsi" ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Ötən mövsüm o, əsas komandanın heyətində 6 oyunda meydana çıxıb.